
1. Əmtәәnin qiymәti bu sәbәbdәn arta bilәr:
A)	әmtәәnin istehsal xәrclәrini aşağı salan yeni texnologiyanın tәtbiqi 
B)	әmtәә istehsalçılarının sayının artması
C)	әmtәәnin istehsal olunduğu xammalın qiymәtinin aşağı düşmәsi
D)	әmtәәyә  tәlәbin azalması
E)	әmtәә  tәklifinin azalması

testaka
2. Qiymәtlәrin bazar sistemi üçün qiymәtlәrin aşağıdakı növü sәciyyәvi deyildir:
A)	topdansatış qiymәtlәri
B)	pәrakәndәsatış qiymәtlәri
C)	müqavilә qiymәtlәri
D)	bütün sadalananlar sәciyyәvi deyildir
E)	bütün sadalananları sәciyyәvidir

testaka
3. Bazar qiymәti müvazinәt qiymәtindәn aşağı olarsa onda:
A)	əmtәә artıqlığı yaranır.
B)	satıcılar bazarı formalaşır
C)	ehtiyatların qiymәti azalır
D)	әmtәәnin tәklifi artır
E)	әmtәәlәrin qıtlığı әmәlә gәlir
 
testaka
4. Tәlәb vә tәklifin hәcmlәrinin bәrabәr olduğu qiymәt adlanır:
A)	normal qiymәt
B)	istehsal qiymәti
C)	alıcı qiymәti
D)	satıcı qiymәti 
E)	tarazlı qiymәt


testaka

5. Qarşılıqlı әvәzolunan nemәtlәrә aiddir:
A)	paltar vә ayaqqabı
B)	rәng vә fırça
C)	taxıl vә çörәk
D)	dәftәrlәr vә piroqlar 
E)	qәlәmlәr vә flomasterlәr

testaka
6. Tamamlayıcı nemәtlәrә aiddir:
A)	qәlәm vә flomaster
B)	pivә vә kvas
C)	kabab vә qoyun әti
D)	dәftәr vә pirocna 
E)	avtomobil vә benzin

testaka
7. Tәlәbin qiymәt üzrә elastikliyini göstәrir:
A)	qiymәtin azalması zamanı tәlәbin hәcminin aşağı düşmәsi
B)	qiymәtin artması zamanı tәlәbin hәcminin artması
C)	tәlәbin hәcminin resursların qiymәtindәn asılılığı
D)	tәlәbә tәsir edәn qeyri ­ qiymәt amillәrinin dәyişmәsi zamanı tәklifin hәcminin dәyişmәsi 
E)	qiymәtin 1% dәyişmәsi zamanı tәlәbin hәcminin nisbi dәyişmәsi

testaka
8. Bazar mexanizmi elementinә aid deyil:
A)	qiymәt
B)	tәklif
C)	tәlәb
D)	sadalanan heç bırı aid deyil 
E)	sadalanan hamısı aiddir


testaka
9. Aşağıdakı terminlәrdәn hansı insanların mәhsulu almaq imkanları vә istәklәrini әks etdirir:
A)	tәlәbat
B)	zәrurәt
C)	istәk
D)	faydalılıq
E)	tәlәb

testaka

10.Tәlәb qanununa müvafiq olaraq, әmtәәnin qiymәti artarsa:
A)	tәlәb dә artır
B)	tәlәb azalır
C)	tәlәbin kәmiyyәti artır
D)	istehsalçıların arasında rәqabәt güclәnir 
E)	tәlәbin kәmiyyәti azalır

testaka

11. Tәklif qanunu әks etdirir:
A)	satılan mәhsulun miqdarı ilә qiymәti arasındakı әks әlaqәni
B)	elastik vә qeyri­elastik әmtәәlәr arasındakı әlaqәni
C)	hәr bir әmtәәnin elastiklik dәrәcәsini
D)	tәlәb vә tәklif arasındakı әlaqәni 
E)	satılan mәhsulun miqdarı ilә qiymәti arasındakı birbaşa әlaqәni


testaka

12. Qiymәtlәrin ümumi sәviyyәsinin davamlı vә ardıcıl olaraq yuxarı qalxması necә adlanır?
A)	iqtisadi artım
B)	deflyasiya
C)	staqflyasiya
D)	işsizlik 
E)	inflyasiya

testaka




13. Qısamüddәtli işsizliyә aiddir:
A)	friksion, tsiklik
B)	mövsümi, tsiklik
C)	struktur, tsiklik
D)	tsiklik, friksion 
E)	mövsümi, friksion

testaka

14. Uzunmüddәtli işsizliyә aiddir:
A)	mövsümi, friksion
B)	friksion, struktur
C)	mövsümi, tsiklik
D)	tsiklik, friksion 
E)	tsiklik, struktur


testaka
15. İqtisadi böhran, durğunluq, canlanma, yüksәlişin dövrü olaraq tәkrarlanması:
A)	iqtisadi artım
B)	iqtisadi inkişaf
C)	iqtisadi sәmәrәlik
D)	tәsәrrüfat fәaliyyәti 
E)	iqtisadi tsikl


testaka

16. әhalinin hәr nәfәrinә düşәn maddi nemәtlәrin vә xidmәtlәrin kәmiyyәt vә keyfiyyәtini әks etdirәn göstәrici:
A)	yaşayış vasitәlәri
B)	hәyat tәrzi
C)	hәyat göstәricisi
D)	әmәk haqqı 
E)	hәyat sәviyyәsi


testaka
17. İqtisadi artımın әsas mәqsәdi:
A)	iqtisadiyyatın keyfiyyәtcә yaxşılaşdırmaq
B)	investisiyanın hәcminin artırılması
C)	insan kapitalının investisiyalaşdırılması
D)	sәrbәst vaxtın vә investisiyanın artırılması 
E)	әhalinin maddi rifahının yüksәldilmәsi, iqtisadi tәhlükәsizliyin tәmin olunması


testaka

18. İqtisadi artımın hansı әsas tiplәri var?
A)	ekstensiv vә sabit tipi
B)	intensiv vә sürәtli tipi
C)	sabit inkişaf tipi
D)	sürәtli inkişaf tipi
E)	ekstensiv vә intensiv tipi



testaka

19. İqtisadi artım nәdir?
A)	bank faizlәrinin aşağı salınması, istehsalı genişlәndirmәk
B)	amortizasiya ayırmaları hesabına istehsalı genişlәndirmәk, ÜDM­in amillәrinin kәmiyyәtinin saxlanması
C)	istehsal amillәrinin sahәlәr arasında bölgüsü
D)	resursların sahәlәr arasında bölgüsü 
E)	real ÜDM­in mütlәq hәcminin vә adambaşına düşәn real ÜDM­in artımı



testaka
20.Ölkәnin istehsalının inkişaf dәrәcәsini, onun әhalisinin rifah halını әn real müәyyәn edәn göstәrici:
A)	ümumi milli mәhsul
B)	ümumi daxili mәhsul
C)	xalis milli mәhsul
D)	milli gәlir
E)	adambaşına düşәn ümumi milli mәhsul

testaka
21. ÜDM­i necә ölçmәk olar?
A)	gәlirlәrә vә istehlaka görә
B)	xәrclәrә vә istehlaka görә
C)	istehsala vә istehlaka görә
D)	hamısı düzdür 
E)	gәlirlәrә vә xәrclәrә görә


testaka

22. Müәyyәn bir dövr әrzindә cәmiyyәtin yaratdığı maddi nemәtlәrin mәcmu dәyәri:
A)	ümumi milli mәhsul
B)	ümumi daxili mәhsul
C)	ümumi daxili investisiya
D)	ümumi gәlir 
E)	ümumi ictimai mәhsul


testaka

23. İqtisad elminin bir sahәsi kimi mikroiqtisadiyyat nәyi öyrәnir?
A)	ayrı­ayrı  firmaların  iqtisadi davranışını
B)	dünya  birliyindә  iqtisadi münasibәtlәri
C)	milli iqtisadiyyat sәviyyәsindә baş verәn proseslәri
D)	dövlәt vә tәsәrrüfat sahәlәri arasında yaranan iqtisadi әlaqәlәri 
E)	ayrı­ayrı istehlakçı, firma vә resurs mülkiyyәtçilәrin iqtisadi davranışını


testaka

24. Müasir bazar tәsәrrüfatının hansı modeli üçün sahibkarlığın inkişafından ötrü dövlәtin şәrait yaratması sәciyyәvidir?
A)	korporativ iqtisadiyyat
B)	sosial bazar tәsәrrüfatı
C)	bütün sadalananlar
D)	sadalanlardan heç biri
E)	qarışıq iqtisadiyyat

testaka

25. Müasir bazar tәsәrrüfatının hansı modeli iqtisadiyyatda dövlәt bölmәsinin әhәmiyyәtli (30%­dәk) payı ilә sәciyyәlәnir?
A)	korporativ iqtisadiyyat
B)	qarışıq iqtisadiyyat
C)	bütün sadalananlar
D)	sadalananlardan heç biri 
E)	sosial bazar tәsәrrüfatı


testaka


26. Bazarın stimullaşdırıcı funksiyası ibarәtdir:
A)	istehsal sahәlәrilә istehlak sahәsinin birlәşdirilmәsindәn
B)	hәcmi vә strukturu üzrә istehsal vә istehlakın uzlaşdırılmasından
C)	әmtәә mübadilәsi üçün dәyәr ekvivalentlәrinin yaradılmasından
D)	bazar iştirakçılarına zәruri informasiyanı vermәkdәn 
E)	istehsalçıların mәsrәflәri azaltmağa, yeni mәhsul yaratmağa hәvәslәndirmәkdәn


testaka
27. Bazarın belә bir funksiyası mövcud olmur:
A)	inteqrasiya etmәk
B)	tәnzimlәyicisi
C)	stimullaşdırıcı
D)	nәzarәtedici
E)	optimallaşdırıcı

testaka

28. Tәsәrrüfat tiplәrinin ilkin forması hansıdır?
A)	әmtәә tәsәrrüfatı
B)	kapitalist tәsәrrüfatı
C)	planlı tәsәrrüfat
D)	sadalananlar heç biri 
E)	natural tәsәrrüfat

testaka

29.Bazar:
A)	alqı­satqı әmәliyyatlarının mәcmusu
B)	tәlәb vә tәklifin qarşılıqlı tәsiri
C)	satıcılar vә alıcılar arasında qarşılıqlı münasibәtlәr
D)	sadalanan hamısı 
E)	iqtisadi subyektlәr arasında ictimai әlaqәlәr sistemi

testaka

30. Dövlәt vә bazar tәnzimlәnmәsi; habelә müxtәlif mülkiyyәt formalarının uzlaşdığı iqtisadi sistem necә adlanır?
A)	әnәnәvi iqtisadiyyat
B)	inzibati­amirlik iqtisadiyyatı
C)	sәrbәst bazar iqtisadiyyatı
D)	keçid iqtisadiyyatı 
E)	qarışıq iqtisadiyyat


testaka

31. Xüsusi mülkiyyәt vә bazar tәnzimlәnmәsi üstünlüyünün sәiyyәvi olduğu iqtisadi sistem necә adlanır:
A)	әnәnәvi iqtisadiyyat
B)	qarışıq iqtisadiyyat
C)	inzibati­amirlik iqtisadiyyatı
D)	keçid iqtisadiyyatı 
E)	sәrbәst bazar iqtisadiyyatı



testaka
32. İstәnilәn iqtisadi sisteminin әsasını nә tәşkil edir?
A)	әmәk vasitәlәri vә әmәk cisimlәri
B)	әmәk vasitәlәri vә iş qüvvәsi
C)	iş qüvvәsi vә istehsal münasibәtlәri
D)	mәhsuldar qüvvәlәr vә texnologiya 
E)	mәhsuldar qüvvәlәr vә istehsal münasibәtlәri


testaka
33. İqtisadi sistem aşağıdakı mәsәlәlәri hәll edir:
A)	nә, harada, kimin üçün
B)	nә vaxt, niyә, harada vә kim
C)	işsizliyin vә inflyasiyanın sәbәbi nәdәn ibarәtdir
D)	gәlirlәr necә bölünür
E)	nә, necә, kimin üçün


testaka
34.İqtisadi sistem:
A)	tәsәrrüfat mexanizmi vә iqtisadi subyektlәrin qarşılıqlı әlaqәlәri sistemidir;
B)	mülkiyyәt formaları ilә istehsal amillәrinin vәhdәtidir;
C)	texnoloji münasibәtlәrlә texnoloji üsulun qarşılıqlı tәsir sistemidir;
D)	dövlәtin iqtisadiyyatinin tәnzimlәnmәsi sistemi 
E)	maddi vә qeyri­maddi nemәt vә xidmәt istehsalçıları vә istehlakçıları arasındakı xüsusi şәkildә nizamlanmış әlaqәlәr sistemidir;

testaka

35. Dövlәt mülkiyyәti vә dövlәt tәnzimlәnmәsi üstünlük edәn iqtisadi sistem neçә adlanır?
A)	әnәnәvi iqtisadiyyat
B)	qarışıq iqtisadiyyat
C)	azad bazar iqtisadiyyatı
D)	keçid iqtisadiyyatı 
E)	inzibati­ amirlik iqtisadiyyatı


testaka
36. әmtәәnin bazar dәyәri nә ilә müәyyәn olunur?
A)	onun istehsal şәrtlәrilә
B)	әmtәәnin nadirliyilә
C)	әmtәәnin faydalılığı
D)	bazarda әmtәәnin miqdarı ilә 
E)	onun istehsal vә reallaşdırılması şәrtlәrilә

testaka

37. Bimetallizm vә monometallizm – bu formalarıdır:
A)	dünya pullarının
B)	kredit pullarının
C)	elektron pullarının
D)	qiymәt miqyasının 
E)	pul sistemlәrinin

testaka

38. Pul sistemi – bu:
A)	pulun iqtisadiyyatda yerinә yetirdiyi funksiyalardır
B)	metal vә kağız pul tәdavülünün  nisbәtidir
C)	milli vә xarici valyuta kurslarının nisbәtidir
D)	tәdavüldәki pul kütlәsidir 
E)	ölkәdә pul tәdavülünün tәşkili  formasıdır

testaka

39. Nemәtin faydalılığı, onun nadirliyi vә onun istehsal mәsrәflәrini tәcәssüm etdirir:
A)	nemәtin mübadilә dәyәrini
B)	nemәtin istehlak dәyәrini
C)	hamısı
D)	sadalananlardan heç birini 
E)	nemәtin qiymәtliliyi

testaka

40. Dünya pulu kimi istifadә oluna bilәrlәr
A)	qızıl vә kağız pullar
B)	kağız pullar
C)	bank veksellәri vә dönәrli valyuta
D)	sadalanan heç biri 
E)	dönәrli valyuta vә qızıl

testaka

41. Xaricdәn pul köçürmәsi olarkәn pul bu funksiyanı yerini yetirir:
A)	tәdiyyә vasitәsi
B)	tәdavül vasitәsi
C)	yığım vasitәsi
D)	dәyәr ölçüsü
E)	dünya pulu

testaka
42. Dövlәtin rәsmi ehtiyatları kimi pul bu funksiyanı yerinә yetirir:
A)	tәdiyyә vasitәsi
B)	tәdavül vasitәsi
C)	dәyәr ölçüsü
D)	dünya pulu 
E)	yığım vasitәsi


testaka
43. Restoranın menyusunda qiymәt göstәrilәn zaman pul bu funksiyanı yerinә yetirir:
A)	tәdiyyә vasitәsi
B)	tәdavül vasitәsi
C)	yığım vasitәsi
D)	dünya rulu 
E)	dәyәr ölçüsü


testaka
44. Supermarketdә әmtәәlәrin pulu ödәnәn zaman pul bu funksiyanı yerinә yetirir:
A)	tәdiyyә vasitәsi
B)	yığım vasitәsi
C)	dәyәr ölçüsü
D)	dünya pulu 
E)	tәdavül vasitәsi


testaka
45. Vergilәr ödәnilәn zaman pul bu funksiyanı yerinә yetirir:
A)	tәdavül vasitәsi
B)	yığım vasitәsi
C)	dәyәr ölçüsü
D)	dünya pulu 
E)	tәdiyyә vasitәsi


testaka

46. Qarışıq iqtisadiyyatın hansı modelini әsasәn sosialist iqtisadiyyatı modeli hesab etmәk olar?
A)	yapon modeli
B)	amerikan modeli
C)	alman modeli
D)	İsveç modeli 
E)	Çin modeli


testaka
47. Pulun belә bir funksiyası yoxdur:
A)	dәyәr ölçüsü
B)	tәdavül vasitәsi
C)	ödәniş vasitәsi
D)	dünya pulları
E)	qiymәtlәrin maştabı

testaka

48. әmtәәnin müәyyәn kәmiyyәt nisbәtlәrindә digәr әmtәәlәrә mübadilә olunmaq qabiliyyәti adlanır:
A)	ictimai­zәruri dәyәr
B)	istehlak dәyәri
C)	bazar dәyәri
D)	әmtәnin qiymәtliliyi 
E)	mübadilә dәyәri


testaka
49.әmtәәnin hansısa tәlәbatı ödәmәk qabiliyyәti:
A)	ictimai­zәruri dәyәr
B)	mübadilә dәyәri
C)	bazar dәyәri
D)	әmtәәnin qiymәtliliyi
E)	istehlak dәyәri

testaka
50. Tәklif nәyin hesabına formalaşır?
A)	bazarda olan әmtәәlәr hesabına
B)	yolda olan әmtәәlәr hesabına
C)	әmtәә ehtiyatları hesabına
D)	әmtәәlәrin idxalı hesabına
E)	bütün sadalananların hesabına

testaka




51. İqtisadiyyatın açıqlığının әn böyük dәrәcәsi hansı ölkәlәr üçün sәciyyәvidir?
A)	ABŞ vә Kanada üçün
B)	Cәnubi Asiya regionu ölkәlәri üçün
C)	keçid iqtisadiyyatı ölkәlәri üçün
D)	Çin üçün 
E)	Avropa İttifaqının üzvü olan ölkәlәr üçün


testaka
52. Dünya iqtisadiyyatının strukturunda ölkәlәrin hansı qrupları fәrqlәndirilir?
A)	inkişaf etmiş ölkәlәr
B)	inkişaf etmәkdә olan ölkәlәr
C)	keçid iqtisadiyyatı ölkәlәri
D)	sadalanan qruplar mövcud deyil 
E)	bütün sadalanan qruplar

testaka
53. Hansı iqtisadiyyat beynәlxalq әmәk bölgüsünün üstünlüklәrini daha tam reallaşdırır vә beynәlxalq iqtisadi әlaqәlәrin müxtәlif formalarından geniş istifadә edir?
A)	milli iqtisadiyyat
B)	xәlvәti iqtisadiyyatı
C)	әnәnәvi iqtisadiyyat
D)	qarışıq iqtisadiyyat 
E)	açıq iqtisadiyyat


testaka

54.Dünya birliyinin gәlәcәk sosial­iqtisadi tәrәqqisinin mövcud güclәnmәsinә zәrәr yetirә bilәn tәhlükә:
A)	işsizlik
B)	texniki tәrәqqi
C)	xәstәliklәr
D)	su qıtlıqı problemi 
E)	ekoloji fәlakәt


testaka
55. Urbanizasiyanın meydana gәlmәsinin, inkişaf edib qlobal prosesә çevrilmәsinin başlıca amillәrindәn biri:
A)	tәbii resursların tükәnmәsi
B)	etnik çәkişmәlәr
C)	elmi­texniki gerilik
D)	әtraf mühitin qorunması 
E)	elmi­texniki tәrәqqi


testaka

56. Dünya bazarında reallaşan әmtәәlәrin dәyәrinin pulla ifadәsi:
A)	tarazlıq qiymәtlәri
B)	bazar qiymәtlәri
C)	qiymәt indeksi
D)	istehlak sәbәti qiymәti 
E)	dünya qiymәtlәri


testaka


57. Xarici әmtәәlәrin ölkәyә daxil olması necә adlanır?
A)	ixrac
B)	iqtisadi әlaqә
C)	ticarәt mübadilәsi
D)	ticarәt әmәliyyati 
E)	idxal

testaka
58. әmtәә vә xidmәtlәrin ixrac vә idxalını maneәsiz hәyata keçirәn ölkәlәrin iqtisadiyyatı:
A)	gizli iqtisadiyyat
B)	qapalı iqtisadiyyat
C)	әnәnәvi iqtisadiyyat
D)	bağlı iqtisadiyyat 
E)	açıq iqtisadiyyat

testaka

59. Hökumәtin, firmaların, ayrı­ayrı şәxslәrin ölkәdә istehsal edilәn vә başqa ölkәdә satılması nәzәrdә tutulan әmtәә vә xidmәt:
A)	idxal
B)	kvota
C)	renta
D)	valyuta 
E)	ixrac

testaka

60. Müxtәlif ölkәlәrin milli iqtisadiyyatının әmәkdaşlıq etmәsi yolu ilә onların ya tam vә yaxud qismәn vahid hala salınması:
A)	iqtisadi әlaqә
B)	dünya iqtisadiyyatı
C)	milli әmәkdaşlıq
D)	istehsal inteqrasiyası 
E)	iqtisadi inteqrasiya



testaka

61. Göstәrilәn amillәrdәn hansını iqtisadi resurslara aid etmәk olar?
A)	tәbii ehtiyatlar (torpaq), faydalı qazıntılar, su ehtiyatları
B)	әmtәә vә xidmәtlәrin istehsalı zamanı sәrf olunmuş insanın fiziki vә zehni qabiliyyәti
C)	informasiya amili
D)	sadalananların  heç biri 
E)	sadalananların hamısı

testaka

62. İstehsal amillәrinin qarşılıqlı әvәz olunması qismәn aradan qaldırmağa imkan verir:
A)	iqtisadi böhranları
B)	tәlәbatların qeyri­ mәhdudluğunu
C)	istehsalın sәmәrәliliyini
D)	işsizliyi 
E)	resursların mәhdudluğunu

testaka
63. Qeyri­maddi xidmәtlәrә aiddir.
A)	ictimai nәqliyyatda gediş
B)	dәllәkxanada saç qırxılması
C)	turist sәfәri
D)	atelyedә pencәyin tikilmәsi 
E)	tәhsil alma

testaka

64.Qeyri­maddi nemәtlәrә aiddir:
A)	dәrslik
B)	dәrman
C)	avtomobil
D)	meyvәlәr 
E)	kompyuter proqramı

testaka

65. әmәk kapital, torpaq vә sahibkarlıq qabiliyyәti kateqoriyalarını birlәşdirәn әlamәt nәdir?
A)	hamısı maddi – istehsal resurslarıdır
B)	bunlar iqtisadiyyatın fundamental prinsiplәridir
C)	bunlar makroiqtisadi göstәricilәrdir
D)	bunlar hamısı maddi nemәtlәrdir 
E)	bunlar istehsal amillәridir


testaka
66. İqtisadi resursların belә növü yoxdur:
A)	әmәk
B)	maddi
C)	maliyyә
D)	tәbii 
E)	qeyri­maddi

testaka

67. Tәbii resursları әks etdirәn istehsal amillәri – bu:
A)	pul kapitalı
B)	әmәk
C)	mәhsuldar kapital
D)	sahibkarlıq qabiliyyәti 
E)	torpaq


testaka
68. Aşağıda göstәrilәnlәrdәn hansı qeyri­iqtisadi nemәt hesab olunur?
A)	sualtı qayıq
B)	bilik
C)	paltar
D)	su kәmәri 
E)	külәyin enerjisi

testaka

69. Aşağıda göstәrilәn istehsal amillәr siyahısından hansı daha doğrudur?
A)	torpaq, әmәk, kapital, iş qüvvәsi, idarәetmә
B)	torpaq, әmәk, istehsal vasitәsi, texnologiya, idarәetmә
C)	resurslar, texnologiya, sahibkarlıq, kapital
D)	sahibkarlıq, texnologiya, әmәk 
E)	torpaq, әmәk, kapital, sahibkarlıq qabiliyyәti


testaka
70.әmәk vasitәlәri harada düzgün göstәrilmişdir:
A)	alәtlәr, yanacaq, xammal
B)	iş qüvvәsi, texnologiya
C)	xammal, avadanlıq, nәqliyyat vasitәlәri
D)	istehsal binaları, qurğular, iş qüvvәsi 
E)	istehsal binaları, avadanlıq, alәtlәr


testaka
71. İstehsal vasitәlәri ibarәtdir:
A)	әmәk cisimlәri vә әmәk mәhsullarından
B)	әmәk vasitәlәri vә iş qüvvәsindәn
C)	iş qüvvәsi vә texnologiyadan
D)	әmәk mәhsulları vә әmәk vasitәlәrindәn 
E)	әmәk vasitәlәri vә әmәk cisimlәrindәn